Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ağ Evin keçmiş həkimi: "Baydenin ömrünə 12-18 ay qalıb"
"Prostat xərçənginin aqressiv forması diaqnozu qoyulan ABŞ-nin keçmiş prezidenti Co Baydenin ömrünə ola bilsin ki, 12-18 ay qalıb".
Oxu.Az "The Washington Free Beacon" nəşrinə istinadla xəbər verir ki, bu barədə Ağ Evin keçmiş həkimi və hazırkı konqresmen Ronni Cekson açıqlama verib.
O bildirib ki, bu xəstəlik Baydendə çox əvvəl də aşkar olunub. Lakin məlumat ictimaiyyətə təqdim edilməyib.
Bununla belə, konqresmen müalicənin uğurlu olacağına ümid edir və xəstəliyin ağırlığına baxmayaraq, eks-prezidentin daha uzun illər yaşaya biləcəyini düşünür.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar