Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Rusiya-Ukrayna savaşının qurbanı olan azərbaycanlıların ailələri DANIŞDILAR
Bir vaxtlar vahid bir ölkənin vətəndaşları olduğumuzdan həm Rusiyada, həm də Ukraynada bu gün də minlərlə soydaşımız yaşayır və bu ölkələrin pasportlarını daşıyırlar.
Bu səbəbdən soydaşlarımız 3 ildən artıqdır ki, davam edən Rusiya-Ukrayna savaşının qarşı səngərlərində bir-birinə tətik çəkmək məcburiyyətində qalıblar. Ukraynadakı Azərbaycan diasporunun nümayəndəsi Vidadi İsrafilov bildirib ki, müharibədə 100-ə qədər azərbaycanlı şəhid olub:
"Onların yarıdan çoxu Ukraynada dəfn olunub. Bəziləri isə ailələrinin xahişi ilə Azərbaycanda torpağa tapşırılıb".
Müharibədə həlak olanlardan biri də Ukrayna ordusunun əsgəri Emil Ağabəyovdur.
Mərhumun həyat yoldaşı İrina Ağabəyovanın sözlərinə görə, Emil 2024-cü il avqustun 24-də Xarkov istiqamətindəki döyüşlərdə şəhid olub:
"Əvvəlcə ağır yaralanıbmış, hospitala yerləşdiriblər. Amma 3 gün sonra ağır yaralara dözməyib, ürəyi dayanıb. İki azyaşlı uşağımız atasız qaldı. Qızım Safura 14, oğlum Samir isə 11 yaşındadır. Onsuz çox çətindir".
Əraflı Baku TV-nin süjetində:

"Baku TV" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: "Sayat Novanın erməni aşığı olduğunu təsdiq edən fakt yoxdur"
- İnancla yön verilən raketlər: Davudla Zülfüqar qarşı-qarşıya
- Oqtay meyxananın adını batıranlardan danışdı: "Samirə ilə başımıza elə işlər gəlib"
- Azərbaycanın dirçəliş tarixi: Ulu öndərin başlatdığı siyasətin uğurlu davamı
- Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları