Belçikanın qərbində ikiyerli təyyarənin qəzaya uğraması nəticəsində pilot və sərnişin həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə Soir qəzeti yerli hökümətə istinadən xəbər verir.
Eno vilayətinin Fran-lez-Anven kommunasının burqomistri bildirib ki, ölənlərin hər ikisi Niderland vətəndaşıdır.
Hadisənin baş vermə səbəblərini araşdırmaq üçün təyyarənin qəzaya uğradığı yerə Belçika Mülki Aviasiyasının əməkdaşları cəlb edilib.