Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Blinken: "Ukrayna NATO-ya üzvlük şərtlərini tezliklə yerinə yetirə bilər"
"Ukrayna NATO-ya üzvlük şərtlərini tezliklə yerinə yetirə bilər".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken Aspen İnstitutunun illik təhlükəsizlik forumunda deyib.
"NATO-ya daxil olmaq müxtəlif tələblərin yerinə yetirilməsindən asılıdır, lakin əminəm ki, biz Ukraynaya buna tez bir zamanda nail olmağa kömək edəcəyik", - Blinken bildirib.
Dövlət katibi vurğulayıb ki, Vaşinqton Kiyevlə ABŞ silahlarının istifadəsi ilə bağlı məsələləri müzakirə etməyə davam edəcək və şəraitdən asılı olaraq bu məsələdə mövqeyini tənzimləyəcək.
Qeyd olunur ki, iyulun 9-11-də NATO-nun Vaşinqtonda keçirilən sammitinin yekun sənədində Ukrayna alyansa doğru sürətlə irəliləyib.
"Antoni Blinken" teqi üzrə xəbərlər
- "Trampa bataqlığın qurudulmasında uğurlar" - ABŞ-də baş verənləri maraqla izləyirik
- İlham Əliyev: "Antoni Blinkenin siyasəti ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi"
- Prezidentin Çin mediasına müsahibəsi - Dünyaya sülh, əməkdaşlıq çağırışları
- Səhnədən çıxmaq istəməyən üçlük - ördək, balıq, xərçəngin "tələs, tələsmə" təklifi
- Ermənilərin korrupsioner dayağının sonu: Menendezə verilən layiqli cəza