Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Bloomberg”: “X” şirkətinin yeni siyasəti Qəzza zolağındakı münaqişə ilə bağlı saxta məlumatlara səbəb oldu
“X” şirkətinin (keçmiş “Twitter”) tətbiq etdiyi siyasət dəyişiklikləri İsrail və Fələstinin HƏMAS hərəkatı arasında münaqişə fonunda dezinformasiya və saxta xəbərlərin yayılmasına səbəb olub.
Bu barədə “Bloomberg” xəbər agentliyi ABŞ-li tədqiqatçılara istinadən xəbər verir.
Onların fikrincə, internet platformasında Fələstin-İsrail münaqişəsi mövzusu ilə bağlı dezinformasiya və yalan xəbərlərin yayılması şirkətin təhlükəsizlik və istifadəçilərin yoxlanılması siyasətində dəyişikliklərin nəticəsidir. Agentlik qeyd edir ki, təsdiqlənmiş hesablarda yeni kimi təqdim edilən köhnə hərbi görüntülər, eləcə də video oyunlardan götürülmüş videomateriallar peyda olub. Tədqiqatçıların fikrincə, bu, informasiya sahəsində çaşqınlığa səbəb olub.
“Maskın dəyişiklikləri təkcə böhran zamanı “X”i yararsız etməklə məhdudlaşmadı. Bu dəyişikliklər vəziyyəti daha da pisləşdirdi (söhbət İsraillə HƏMAS arasındakı münaqişədən gedir - red.)”, - deyə agentlik sui-qəsd nəzəriyyələrini təkzib edən ABŞ-li jurnalist Mayk Rotşilddən sitat gətirir.
Onun sözlərinə görə, Qəzza zolağındakı qarşıdurma İlon Maskın “Twitter” versiyası üçün ilk real sınaq olub və bu, uğursuzluqla nəticələnib.
Rəylər