BMT-nin Təhlükəsizlik Şurasının üzvləri İsrail-Fələstin münaqişəsinə həsr edilmiş təcili iclasın gedişatında Qəzza bölgəsində təcili şəkildə atəşin dayandırılmasını tələb ediblər.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, Təhlükəsizlik Şurası münaqişə ucbatından getdikcə artan qurbanların sayından narahatdır.
Ötən bazar günü yüzlərlə fələstinli həlak olub.
İsrail ordusu tərəfindən həmin gün 13 hərbi qulluqçu həlak olub.
Baş katib Pan Gi Mun əhalinini sıx olduğu rayonda hərbi əməliyyatların aparılmasını “vəhşilik” adlandırıb.
Öncə HƏMAS Fələstin qruplaşması Qəzza bölgəsində döyüşlər zamanı İsrail hərbçisinin əsir götürüldüyünü bildirmişdi.
BMT-də İsrailin daimi nümayəndəsi Ron Prosor bu məlumatı təkzib edib.