BMT-nin Hələbdəki xüsusi koordinatorunun vəzifəsini icra edən Sayad Malik minlərlə yerli sakinin Şərqi Hələbə qayıtdığını bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə “BMT-nin Xəbərlər Mərkəzi” məlumat yayıb.
Qeyd edilir ki, son bir neçə gün ərzində Hanano rayonuna 2 mindən çox ailə gəlib.
Malik bildirib ki, son bir neçə gün ərzində Hələbin şərq hissəsində sakitlikdir, bu isə bir çox vətəndaşa evinə qayıtmağa imkan verib.
BMT-nin nümayəndəsinin sözlərinə görə, şəhər dağıntılara məruz qalıb. O, həmçinin əlavə edib ki, şəhərdə 1,5 milyon mülki vətəndaş var.
N.O.
www.oxu.az