Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Böyük Britaniyada parlament seçkisi: Leyboristlər öndədirlər
Böyük Britaniyada müxalifətdə olan Leyboristlər Partiyası parlament seçkisində inamla liderlik edir.
Bunu ölkə üzrə vahid "exit-poll"un qeyri-rəsmi məlumatları sübut edir.
Bu məlumatlara görə, Kir Starmerin başçılıq etdiyi Leyboristlər yeni parlamentdə 410 yer qazanaraq çoxluğu təmin edib. Hakim Mühafizəkarlar Partiyası isə ciddi məğlubiyyətə uğrayır və 131 mandat alır ki, bu da 2019-cu ilin son seçkisi ilə müqayisədə 234 yer azdır.
Mənbə: TASS
Ən çox oxunanlar
Rəylər