Noyabr ayında Böyük Britaniyada inflyasiya son altı ayda rekord həddə çataraq 3,1% təşkil edib. Maaşlar isə bir faiz geriyə qalır.
Oxu.Az-ın Euronews-a istinadən xəbərinə görə, inflyasiyanın bu həddə çatması gözlənilməz olub.
İlk növbədə xarici mallar və xidmətlərin bahalaşması gözlənilir.
Ekspertlər qeyd edirlər ki, Britaniya iqtisadiyyatı Avropa zonasında geri qalmağa başlayıb. Hazırda İngiltərə Bankı bahalaşmanın qarşısını almaq üçün plan hazırlayır.
S.B.
www.oxu.az