Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Britaniyanın ən məşhur pişiyi tənhalıqla vidalaşır
Böyük Britaniyanın yeni Baş naziri Kir Starmer pişiyi Co-Conu öz iqamətgahına gətirəcək.
Maraqlıdır, görəsən Dauninq-stritin dördayaqlı sakini, ölkənin ən məşhur pişiyi olan Larri buna necə reaksiya verəcək?
17 yaşlı pişik Larri davakarlığı ilə seçilir. İki il əvvəl o, iqamətgahın ərazisindən iri tülkünü qovmuşdu.
Britaniyalılar baş nazirin iqamətgahında yeni sakinin peyda olması ilə bağlı iki mümkün ssenarini proqnozlaşdırırlar. Ya Co-Co Larrinin tənhalığına son qoyacaq, ya da Dauninq-stritdə pişik döyüşləri başlayacaq.
Mənbə: gazeta.ru
Ən çox oxunanlar
Rəylər