ABŞ-nin Çikaqo şəhərində (İllinoys ştatı) gecə klubunun qarşısında baş verən atışma nəticəsində azı üç nəfər ölüb, 16 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "CBS News" kanalı məlumat yayıb.
Qeyd olunur ki, hadisə iyulun 2-də axşam saatlarında şəhərin mərkəzində baş verib. İlkin məlumata görə, klubun ziyarətçiləri küçəyə çıxan zaman naməlum şəxslər avtomobildən atəş açıb.
Polis hadisə ilə bağlı araşdırma aparır. Cinayətin motivləri, həmçinin atəş açanların kimliyi barədə məlumat verilmir.
ABŞ-nin Çikaqo şəhərinin mərkəzində kütləvi atışma nəticəsində ölənlər və yaralananlar var.
Oxu.Az xəbər verir ki, bu barədə "AP News" agentliyi yerli polisə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, bir neçə nəfər xəsarət alıb. Lakin atışmanın yeri və yaralananların sayı barədə rəsmi məlumat yoxdur.
İddialara görə, atışma reper "Mello Buckzz" üçün gecə klublarından birində keçirilən məclisdə baş verib. Qeyd olunur ki, iki nəfər ölüb, daha yeddi nəfərin vəziyyəti ağırdır. Xəstəxanaya getməkdən imtina edən digər zərərçəkənlər də var.