ABŞ-nin sabiq prezidenti Co Bayden Qəzza bölgəsində atəşkəs haqqında razılaşmaya nail olmaq üçün gördükləri işlərə görə Ağ Evin hazırkı başçısı Donald Trampı və onun komandasını tərifləyib.
Oxu.Az xəbər verir ki, sabiq prezident bu barədə "X" sosial şəbəkəsində yazıb.
Onun postunda deyilir: "Bu günün gəlməsindən məmnunam. Prezident Trampa və onun komandasına təşəkkürümü bildirirəm".
Bayden qeyd edib ki, onun administrasiyası da girovların qaytarılması və müharibəyə son qoyulması üçün çox işləyib.
"İndi Yaxın Şərq ABŞ və bütün dünyanın dəstəyi ilə sülh yoluna qədəm qoyur. Ümidvaram ki, bu yol davamlı olacaq", - deyə sabiq prezident vurğulayıb.
Xatırladaq ki, Birləşmiş Ştatların Prezidenti Donald Tramp oktyabrın 13-də İsrail parlamentində çıxışı zamanı Qəzzadakı münaqişənin başa çatdığını elan edib.