Dağıstanın Xasavyurt rayonunun Novıy Kuruş kəndinin yerli məscidinin imamı çərşənbə günü qətlə yetirilib, “İnterfaks” agentliyinə Dağıstanın hüquq-mühafizə orqanlarındakı mənbədən bildirilib.
“Kişi səhər namazından sonra məsciddən çıxarkən odlu silah ilə vurularaq qətlə yetirilib”, - agentliyin həmsöhbəti bildirib.
DİN-in Dağıstan üzrə mətbuat xidmətindən Novıy Kuruş kəndində baş verən qətl hadisəsini təsdiq ediblər.
“Baş verənlər dəqiqləşdirilir, qətlə yetirilən kişinin kimliyi müəyyənləşdirilir”, - DİN mətbuat xidmətinin nümayəndəsi bildirib.