Biləsuvar rayonunda baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az İTV-yə istinadən xəbər verir ki, rayonun Nəsimikənd kəndində 26 yaşlı Milan Soltanlı xalası oğlu 2004-cü il təvəllüdlü İlkin Mehtiyev tərəfindən bıçaqlanıb.
Mərhumun yaxınlarının sözlərinə görə, tərəflər arasında mübahisə borc pul üstündə olub.
Biləsuvar rayonunda qətl hadisəsi olub.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 2000-ci il təvəllüdlü Milan Loğman oğlu Soltanlı bıçaqlanıb.
O, aldığı ağır xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.
Əməli törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü İlkin Mehtiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Onun öldürülən şəxsin xalası oğlu olduğu bildirilir.