Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Daha bir ölkə yeni Venesuela “liderini” tanıdı
Avstraliyanın XİN rəhbəri Meris Peyn hökumətin Venesuela müxalifət lideri Xuan Qauydonu ölkənin müvəqqəti prezidenti olaraq tanıdığını bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Nazirin sözlərinə görə, Venesuela ərazisində demokratik seçki keçirilənə qədər müvəqqəti dövlət başçısına dəstək olmağa davam edəcəklər.
“Avstraliya Venesuela Milli Assambleyasının sədri Xuan Quaydonu müvəqqəti prezident olaraq tanıyır və dəstəkləyir”, - deyə Peyn bildirib.
Bundan əvvəl Quaydonun Maduronun devrilməsi üçün hərbçilərlə danışıqlara başladığı qeyd olunurdu.
Xatırladaq ki, Xuan Quaydonu legitim müvəqqəti prezident olaraq Avstraliyadan başqa, ABŞ, Kanada, Gürcüstan, Braziliya, Argentina, Çili, Kolumbiya, Kosta-Rika, Qvatemala, Honduras, Panama, Paraqvay və Peru tanıyıb.
Rəylər