Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Danışıqlarda irəliləyiş: HƏMAS və İsrail razılaşmaya yaxındırlar
Fələstinin HƏMAS hərəkatı və İsrail Qəzza zolağında atəşkəs və israilli girovların azad edilməsi ilə bağlı danışıqlarda irəliləyişə nail olublar.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə İsrailin "Ynet" xəbər portalı HƏMAS-ın adı açıqlanmayan yüksəkrütbəli üzvünə istinadən məlumat verib.
Mənbə bildirib ki, Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqlarda misli görünməmiş irəliləyiş əldə olunub, yekun qərarı İsrailin Baş naziri Benyamin Netanyahu verməlidir.
Hərəkatın nümayəndəsi, həmçinin bildirib ki, razılaşma çərçivəsində azad ediləcək girovların sayı ilə bağlı fikir ayrılıqları hələ də qalmaqdadır. Tərəflər, həmçinin hansı girovların azad ediləcəyi barədə razılığa gələ bilmirlər.
Mənbə əlavə edib ki, HƏMAS-dan danışıqlarla bağlı hər hansı məlumatı açıqlamamaq xahiş edilib.
Qeyd edilib ki, bundan əvvəl İsrailin yüksəkrütbəli məmuru HƏMAS-la girovlarla bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edildiyini bildirib. Onun sözlərinə görə, "Mossad" kəşfiyyatının və İsrail Ümumi Təhlükəsizlik Xidmətinin rəhbərləri razılaşmanın bir neçə həftə ərzində əldə edilə biləcəyini deyiblər. Mənbə HƏMAS-ın mövqeyinin dəyişməsini İsrailin davam edən zərbələri və gələn ay Donald Trampın ABŞ prezidenti kimi inaqurasiyası ilə izah edib.
Xatırladaq ki, 2023-cü il noyabrın sonunda Misir və Qətərin vasitəçiliyi ilə bir həftə davam edən müvəqqəti humanitar atəşkəs elan edilmişdi. İsrailin məlumatına görə, bu müddət ərzində 100-dən çox girov azad edilib. Dekabrın 1-də atəşkəs rejimi pozulub, döyüş əməliyyatları yenidən başlayıb və bu günə qədər davam edir. İsrail tərəfinin son məlumatına görə, radikallar hələ də Qəzzada 100 nəfəri girov saxlayırlar.
"İsrail-Fələstin münaqişəsi" teqi üzrə xəbərlər
- Dohada keçirilən danışıqlarda israilli əsirlərlə bağlı irəliləyiş əldə edilib
- Tramp Netanyahunu andiçmə gününə qədər Qəzzada münaqişəni dayandırmağa çağırıb
- İsrail bir neçə HƏMAS komandirinin zərərsizləşdirildiyini açıqlayıb
- Qəzzadakı döyüşlərdə 191 jurnalist həlak olub
- İsraillilərlə fələstinlilər arasında zeytun yığımına görə toqquşmaların sayı kəskin artıb
Rəylər