Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
AMADA mindən çox test aparıb: Yekun rəqəmlərin açıqlanacağı vaxt bəlli oldu
"Olimpiya ilinin uğurla başa çatması münasibətilə hamınızı təbrik edirəm. Bu tədbir ötən olimpiya ilini təhlil etmək və gələcək idmana baxış üçün platformadır. Bu il bizim üçün uğurlu olub. Qarşıya qoyulmuş məqsədləri müvəffəqiyyətlə icra etmişik. İl ərzində 1 000-dən çox test aparılıb, 2 000-dən çox iştirakçı ilə biliklərimizi bölüşmüşük".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağızadə AMADA-nın təşkilatçılığı ilə keçirilən "Təmiz qələbə: Olimpiya ilinə yeni baxış" adlı beynəlxalq konfransın açılış mərasimində deyib.
O, bildirib ki, yekun rəqəmlər ilin sonunda açıqlanacaq.
Ümumdünya Antidopinq Agentliyi (WADA), Beynəlxalq Test Agentliyi və müxtəlif ölkələrin antidopinq təşkilatlarının rəhbər şəxslərinin, idman ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə WADA-nın prezidenti Vitold Bankanın videomüraciəti göstərilib.
"Təəssüflər olsun ki, orada iştirak edə bilmirəm. Bu konfrans olduqca önəmli yığıncaqdır. Burada Paris-2024-də əldə olunmuş əsas nailiyyətlərə toxunacağıq. Konfransın gündəliyi ilə də tanışsınız. Təşkilatçılıq üçün AMADA-ya təşəkkür edirik. Hər zaman sizə dəstək göstərməyə hazırıq. Birlikdə işləməklə hədəflərimizə nail ola bilərik. Hamınıza uğurlar!" - V.Banka deyib.
Gənclər və idman nazirinin müavini Mariana Vasileva ölkəmizdə idmana xüsusi qayğı göstərildiyini bildirib:
"Komanda ruhu və keyfiyyət əsas dəyərlərimizdən biridir. İdmançılarımıza təmiz qələbələr, konfrans iştirakçılarına isə uğurlar arzulayıram".
Daha sonra beynəlxalq konfransın birinci sessiyası başlayıb.
Daha çox foto burada: PhotoStock.az
Anar Həsənov
Rəylər