Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası çərçivəsində Fars körfəzi dövlətlərinin rəhbərləri və xarici işlər nazirləri ilə İran problemini müzakirə etmək niyyətindədir.
Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalı özəl mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, sentyabrın 22-də keçirilməsi ehtimal olunan bu tədbirdə Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Səudiyyə Ərəbistanının rəsmi nümayəndələrinin iştirakı gözlənilir. Toplantıda ABŞ-nin İrana qarşı müharibədən sonrakı strategiya ilə bağlı təkliflərinin nəzərdən keçiriləcəyi diqqətə çatdırılıb.
Qeyd edək ki, BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında sentyabrın 22-dən 26-dək və 28-də dövlət, hökumət başçılarının, diplomatik idarə rəhbərlərinin iştirakı ilə yüksəksəviyyəli ümumi siyasi debatlar təşkil olunacaq.