Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Dövlət Duması Jah Khalibin konsertlərinin qadağan edilməsini tələb etdi
Dövlət Dumasının Təhsil Komitəsi sədrinin birinci müavini Yana Lantratova Moskva merinə, Sankt-Peterburq qubernatoruna və Baş Prokurorluğa daha çox Jah Khalib kimi məşhur olan hip-hop ifaçısı Bəxtiyar Məmmədovun konsertlərinin qadağan edilməsi tələbi ilə müraciət edib.
Millət vəkili reperi “Ukrayna silahlı qüvvələrinə dəstəyini açıq şəkildə bildirməkdə” günahlandırıb və onun Moskva və Sankt-Peterburqda konsertlər planlaşdırdığını bildirib.
Deputatın sözlərinə görə, reper “Instagram”da Kiyevə gələrək sığınacaqdan sığınacağa keçdiyini və ukraynalıları sevdiyini, onlara heyran olduğunu yazıb.
Lantratova musiqiçinin paylaşımlarının yoxlanılmasını və lazım gələrsə, prokurorluq tərəfindən cavab tədbirlərinin görülməsini, xüsusən də Məmmədovun konsertlərinin qadağan edilməsini tələb edib.
Qeyd edək ki, Jah Khalib Qazaxıstanda fəaliyyət göstərən azərbaycan əsilli reper, müğənni və prodüserdir.
Mənbə: lenta.ru
"Jah Khalib" teqi üzrə xəbərlər
- Bakıda "DREAM FEST 2024" Beynəlxalq Musiqi Festivalı başlayıb
- Daşkənddə Jah Khalibin konsertinə görə izdiham yaşanıb - VİDEO
- “Bu il Azərbaycan dilini öyrənməyə başlamağı planlaşdırıram” - Jah Khalib ilə MÜSAHİBƏ
- Jah Khalibin pərəstişkarları ləğv edilmiş konsertlər üçün pullarını geri ala bilmirlər
- Jah Khalibdən Rusiyadakı konsertlərinin ləğv edilməsi barədə AÇIQLAMA
Rəylər