"Mercedes" konserni dronları zərərsizləşdirmək üçün yeni döyüş "Gelandewagen"i yaradacaq.
Oxu.Az "Deutsche Welle"yə istinadən xəbər verir ki, Almaniya avtokonserni bu barədə sazişi "Tytan Technologies" startapı ilə imzalamaq niyyətindədir.
Bu şirkət "Tytan" dronlarını istehsal edir. Uçuş məsafəsi 40 km-ə qədər olan bu dronlardan artıq Ukrayna və Almaniya orduları istifadə edir.
Qeyd edilir ki, Almaniya ordusu artıq "Gelandewagen" avtomobillərindən hərbi məqsədlərlə istifadə edir.
Gələcəkdə dronlarla təchiz olunmuş döyüş "Gelandewagen"lərindən bütöv qruplar şəklində istifadə edilməsi planlaşdırılır. Onların fəaliyyətini isə "Mercedes-Benz Sprinter" mikroavtobusunda yerləşən mini-qərargah koordinasiya edəcək.