Dünya bazarında neftin cüzi bahalaşması müşahidə olunub.
Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
Bakı vaxtı ilə saat 09:15-də Londonun ICE birjasında sentyabr ayına çatdırılma ilə "Brent" markalı neftin füçersləri 0.44 dollar (0.61%) bahalaşaraq bir barel üçün 72.24 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent"in qiyməti 0.23 dollar (0.32%) artaraq bir barel üçün 71.80 dollar təşkil etmişdi.
Nyu-York Ticarət Birjasında (NYMEX) avqust ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 0.35 dollar (0.51%) artaraq bir barel üçün 69.04 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 0.11 dollar (1.16%) bahalaşaraq bir barel üçün 68.69 dollara satılmışdı.