Filippinin Maravi şəhərində “İslam dövləti” (İŞİD) terror qruplaşmasını dəstəkləyən iki döyüşçü zərərsizləşdirilib.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə Filippinin müdafiə naziri Delfin Lorenzana xəbər verib.
“Apardığımız əməliyyat nəticəsində Mautdan olan İsnilon Hapilon və Omar Mautanı zərərsizləşdirə bilmişik. Onların hər ikisi öldürülüb”, - nazir bildirib və əlavə edib ki, terror qruplaşmasının daha bir başçısı - Mahmud Əhməd hələ azadlıqdadır.
Məlumata görə, İ.Hapilon “Əbu Səyəf” terror təşkilatının liderlərindən biri olmaqla, adı FAB-nin “ən çox axtarışda olan terrorçuları” siyahısına salınıb.
N.О.