Əbu-Dabidə (BƏƏ) ABŞ və Rusiya arasında məhbus mübadiləsi baş tutub.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff xəbər verib.
Onun sözlərinə görə, Moskva ABŞ-yə hər iki ölkənin vətəndaşı olan Kseniya Karelinanı təhvil verib.
Karelina Rusiyada dövlətə xəyanət işi üzrə 12 il həbs cəzasına məhkum edilib. İstintaqın məlumatına görə, o, Ukrayna Silahlı Qüvvələrinə pul göndərib.

ABŞ isə Rusiyaya qaçaqmalçılıq və sanksiyaları pozmaqda ittiham olunan Artur Petrovu təhvil verib. O, 2023-cü ilin avqustunda Vaşinqtonun sorğusu əsasında Kipr tərəfindən saxlanılmışdı.
