Əfqanıstanın Qəndahar əyalətində şənbə günü baş verən daşqınlar nəticəsində azı 20 nəfər həlak olub.
Bu barədə TASS məlumat yayıb.
Məlumatda bildirilir ki, daşqın nəticəsində uşaqlar da daxil olmaqla azı 10 nəfər itkin düşüb, 2 minə yaxın evə ziyan dəyib.
Qəndahar əyalətinin qubernator müavini Əbdul Monibin sözlərinə görə, bu son 7 ildə baş vermiş ən güclü təbii fəlakətdir.
Ordu 400 ailəni daşqın bölgəsindən təxliyə edib. İtkin düşənlərin axtarışları davam edir.