Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![Əfqanıstanda bank PARTLADILDI: Azı beş nəfər ölüb](https://images.oxu.az/2025/02/11/hOeSJO1bbUPFyzeUgqzLCtKPGUiz6s3y2cuzm1MT:1200.jpg)
Əfqanıstanda bank PARTLADILDI: Azı beş nəfər ölüb
Əfqanıstanın Künduz vilayətində bankda güclü partlayış baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Shamshad" portalı məlumat yayıb.
Qeyd olunur ki, partlayış insanlar maaş almaq üçün "Kabul Bank"ın qarşısına toplaşarkən baş verib.
Hadisə nəticəsində azı beş nəfərin öldüyü, yeddi nəfərin yaralandığı bildirilir.
Əfqanıstan polisi hadisəni terror aktı kimi qiymətləndirib.
"Əfqanıstan" teqi üzrə xəbərlər
- "Taliban"dan BMT işçilərinə qadağa - Saqqalını qırxan həbs ediləcək
- Əfqan məmurların "Taliban" liderinin icazəsi olmadan xaricə getmələri qadağan edildi
- Əfqanıstanda qadınların yeganə radiostansiyası da BAĞLANDI
- Əfqanıstanın din xadimləri qızların təhsilə cəlb olunması ilə bağlı çağırış ediblər
- Əfqanıstanda qadınlara görə evlərin quruluşu dəyişdirilir
Ən çox oxunanlar
Rəylər