Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Aleksandar Vuçiç: "USAID Serbiya prezidentinin devrilməsini maliyyələşdirib"
Serbiya Prezidenti Aleksandar Vuçiç xarici ölkələrin onu vəzifəsindən uzaqlaşdırmaq üçün təxminən 3 milyard avro ayırdığını bildirib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə o, "TV Pink" kanalına müsahibəsində bəyan edib.
"Mənim devrilməyimə nə qədər pul qoyulduğunu öyrənəndə, həqiqətən heyrətləndim. Son 10 ildə xaricdən 1,5 milyard qoyulduğunu düşünürdüm. Hesablamağa başlayanda isə üç milyard avro alındı".
Vuçiç əlavə edib ki, Serbiyada "sülh aksiyaları"nı maliyyələşdirən təşkilatlar arasında ABŞ-nin qalmaqallı Beynəlxalq İnkişaf Agentliyinin (USAID) qrant ayırdığı fond da olub.
"Məsələn, "Trag" adlı fond 28 milyon avro alıb, siz heç onun haqqında eşitmisiniz?", - deyə Vuçiç təəccübünü ifadə edib.
Vuçiçin sözlərinə görə, xarici dövlətlərin sərmayələri üç məqsədlə izah olunur: Serbiyanın libertarian siyasətini məhv etmək, onun mövqelərini Xorvatiya, Bolqarıstan və Sloveniyanın xeyrinə zəiflətmək, həmçinin Serbiya hakimiyyətini "kukla teatrında marionetə" çevirmək.
O həmçinin qeyd edib ki, buna görə Serbiyada ildə yeddi ay etirazlar davam edir.
Xatırladaq ki, Serbiyada etirazlar Novi-Sad vağzalında beton talvarın uçması nəticəsində 15 nəfərin həlak olmasından sonra başlayıb. Baş nazir Miloş Vuçeviçin istefasından sonra yeni hökumət formalaşdırmaq mümkün olmasa, Vuçiç mayda növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyini bildirib. Vuçiç, həmçinin Qərb ölkələrini Serbiyada rəngli inqilabın təşkilində əlləri olmaqda ittiham edib.
"Aleksandar Vuçiç" teqi üzrə xəbərlər
- Belqradda 30 000-dən çox etirazçı mitinqə çıxıb
- Serbiya prezidenti: "Məni öldürməli olacaqlar, başqa cür alınmayacaq"
- Serbiyada nazirə hücum edildi, burnu sındırıldı
- Ceyhun Bayramov "Serbiya Bayrağı" ordeni ilə təltif olunub
- Ukraynadan sonra suya düşən planlar: Qərbin baş tutmayan "inqilab ssenarisi"