Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Əfqanıstanda həbsxanalardan 2500-ə yaxın məhbus azad edilib
Ramazan bayramı münasibətilə Əfqanıstanın ali dini lideri Heybətullah Axundzadə əfv fərmanı imzalayıb.
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu fərmana əsasən, 2500-ə yaxın məhbus azad edilib.
Əfqanıstan Ali Məhkəməsinin Mətbuat Xidmətinin məlumatına görə, Silahlı Qüvvələrin başçısı Əbdül Hakim Həqqaninin göstərişi ilə 2463 nəfər həbsxanalardan azad edilib. Daha 3152 məhbusun cəzası yüngülləşdirilib.
"Əfqanıstan" teqi üzrə xəbərlər
Ən çox oxunanlar