Əfqanıstan prezidenti Əşrəf Qaninin Cəlilabada səfəri çərçivəsində qubernator ofisinin yaxınlığında partlayış baş verib.
Oxu.Az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə 1TV məlumat yayıb.
Telekanalın yaydığı məlumata əsasən, partlayış zamanı dörd nəfər həlak olub, on nəfər isə yaralanıb.
Hələlik heç bir qruplaşma partlayışı öz üzərinə götürməyib.
Ölkə başçısı “Taliban”la atəşkəsin bitdiyini, hərbçilərin əməliyyatlarının bərpa olunduğunu bəyan edib.