Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Əfqanıstanın şimalında mina partlaması nəticəsində iki uşaq ölüb
Əfqanıstanın şimalındakı Cövzcan vilayətində köhnə minanın partlaması nəticəsində azı iki uşaq həlak olub.
Bu barədə yerli təhlükəsizlik qüvvələrinin nümayəndəsinə istinadən “TOLOnews” telekanalı məlumat yayıb.
Onun verdiyi məlumata görə, partlayış nəticəsində daha bir neçə uşaq xəsarət alıb, onların dəqiq sayı və vəziyyətləri barədə məlumat verilməyib.
Partlayan mərmi terror təşkilatının yaraqlıları tərəfindən Cövzcan şəhərinin cənub-qərb hissəsində yerləşdirilib.
UNICEF-in məlumatına görə, 2022-ci ildə Əfqanıstanda 700-dən çox uşaq partlamamış hərbi sursatlar nəticəsində həlak olub və ya şikəst qalıb. Əfqan uşaqlar çox vaxt döyüş sursatı ilə oynayarkən və ya metal qırıntılarını yığarkən həlak olurlar.
Mənbə: “TOLOnews” telekanalı
"Əfqanıstan" teqi üzrə xəbərlər
- Əfqanıstanda qadınların səsinin radio efirlərində eşidilməsinə qadağa qoyuldu
- Pakistan "Taliban"ı ABŞ silahlarından istifadə etməkdə ittiham edir
- Əfqanıstanda qadınların camaat namazında iştirakına qadağa qoyulub
- Əfqanıstanda qar uçqunu nəticəsində üç nəfər həlak olub
- Kabildə nazirlik binasının qarşısında TERROR: İçəri daxil ola bilmədi, özünü partlatdı