Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ərdəbildə Beynəlxalq Ana Dili Günü ərəfəsində türk dilində kitablar paylanıb
Güney Azərbaycan Milli Hərəkatının fəalları, Beynəlxalq Ana Dili Günü ərəfəsində Ərdəbil şəhərində orta məktəbin qarşısında türk dilində kitablar paylayıblar.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
Məlumatda qeyd olunub ki, Beynəlxalq Ana Dili Günü (21 fevral) öncəsi Güney Azərbaycanın müxtəlif şəhərlərində türk dilində kitabların paylanması geniş yayılır və milli fəallar, ana dilində təhsilin əhəmiyyəti haqqında ictimaiyyəti məlumatlandırmağa çalışırlar.
Ərdəbildə Beynəlxalq Ana Dili Günü ərəfəsində türk dilində kitablar paylanıb
Ən çox oxunanlar