Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Erdoğan FETÖ-nü məhv edəcəyinə söz verdi
Həm ölkədaxili, həm də ölkə xaricində olan xainlər istisnasız olaraq məsuliyyətə cəlb olunana kimi, bütün təhdidlər tam aradan qalxana kimi, Ankara Fətullah Gülənin terrorçu hərəkatına qarşı qətiyyətli mübarizəni davam etdirəcək.
Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qırğızıstanlı həmkarı Soorobay Jeenbekovla Ankarada keçirdiyi birgə mətbuat konfransında bildirib.
Ərdoğan deyib ki, Gülən hərəkatı təkcə Türkiyə üçün deyil eyni zamanda digər ölkələr o cümlədən, Qırğızıstan üçün real təhlükə yaradır.
“Bu cinayətkar təşkilatın məhv edilməsi bilavasitə dövlət başçılarının vəzifəsidir”, - deyə Türkiyə lideri vurğulayıb.
“Tam əminəm ki, Qırğızıstan prezidenti Gülən tərəfdarlarının fəaliyyətinin qarşısını almaq üçün çevik və qətiyyətli addımlar atacaq. Ankara öz növbəsində Bişkekə bütün lazımi yardımı göstərməyə hazırdır”, - deyə Ərdoğan vurğulayıb.
F.M.
www.oxu.az
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyə kanadalı ermənipərəst jurnalistin ölkəyə girişinə qadağa qoyub
- Antalyanın hava limanında Rusiyanın təyyarəsi yandı: 79 sərnişin təxliyə edildi
- İstanbulda ailə qətliamı: Beş ölü, iki yaralı
- Türkiyədə avtobus minik avtomobili və yük maşını ilə toqquşdu - Onlarla yaralı var
- İstanbulda Bosfor boğazı bağlandı
Rəylər