Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ərdoğan: Onlar qaçacaq, biz də qovalayacağıq
“Zeytun budağı” əməliyyatı çərçivəsində məhv edilən PKK, YPG, PYD-li və İŞİD-çi terrorçuların sayı 4 min 17 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Siirt şəhər təşkilatının konqresində çıxışı zamanı deyib.
O, qeyd edib ki, son zamanlar Şimali İraqda məhv edilən terrorçuların sayı 327, ölkə daxilində zərərsizləşdirilən terrorçuların sayı isə 154 nəfərdir.
“Nə demişdik, demişdik ki, haraya qaçarsanızsa, qaçın, haraya girərsənizsə, girin, biz də orada olacağıq. Biz eyni zamanda Siirtin huzurunu, təhlükəsizliyini təhdid edənləri qovalayacağıq. Onlar qaçacaq, biz qovalayacağıq. Siirti bölmək istəyənlərə fürsət verməyəcəyik. Yetər ki, Siirt ayaq üstündə dursun”-deyə, Ərdoğan qeyd edib.
Ərdoğan sonra deyib ki, türk, kürd, ərəb, zaza, laz və bu ölkədə yaşayan digərləri, 81 milyon Türkiyə vətəndaşı onun qardaşıdır.
“Heç kimsə türkü ərəbdən, ərəbi kürddən, lazdan, çərkəzdəə üstün tutua bilməz. Onun üçün kimsə mənim tayfam (aşiretim-red), mənim əqrəbam-filan deməsin. Hamımız bu ölkədə Türkiyə Cümhuriyyətinin bayrağı altında bir olacağıq, iri olacağıq, diri olacağıq, qardaş olacağıq və birlikdə Türkiyə olacağıq. Bunu bacaracağıq və bir - birimizi belə sevəcəyik”-deyə, Türkiyə prezidenti sonra sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"İraq" teqi üzrə xəbərlər
- İraqda evlilik yaşı doqquza endirilə bilər
- Ayətullah Sistani İran-İsrail gərginliyi fonunda İraqın siyasəti ilə bağlı danışdı
- İran bir neçə gün ərzində İraqdan İsrailə zərbə endirmək niyyətindədir
- Bağdadda Səudiyyə Ərəbistanının xəbər agentliyinin yerləşdiyi binaya hücum olub
- Suriya və İraqdan Azərbaycana səkkiz nəfər repatriasiya edilib
Rəylər