Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin növbətçi hissəsində bu gün səhər saatlarında baş leytenant Karen Ovannisyanın cəsədi tapılıb. Onun çənəsindən və başından aldığı xəsarətlər nəticəsində öldüyü bildirilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Sputnik Ermənistan” məlumat yayıb.
Ermənistan İstintaq Komitəsinin baş hərbi istintaq idarəsi zabitin ölüm səbəbini araşdırır.
Müstəntiqlər hadisə yerinə baxış keçiriblər. Faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb.