"Metsamor Atom Elektrik Stansiyasının (AES) istismar müddətinin uzadılması üzrə ikinci proqram tezliklə işə salınacaq".
Oxu.Az "Armenpress"ə istinadən xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan deyib.

"Stansiya 2036-cı ilədək fəaliyyət göstərəcək. AES-i texniki baxımdan Ermənistanın enerji sistemində 2046-cı ilədək saxlamaq mümkündür. Amma hökumət çalışacaq ki, buna ehtiyac qalmasın", - deyə nazir bildirib.