Ermənistanın Metsamor atom elektrik stansiyası (AES) beş aylıq planlı təmirdən sonra fəaliyyətini bərpa edərək ölkənin vahid enerji sisteminə qoşulub.
Oxu.Az Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin ərazi idarəetmə və infrastrukturlar naziri David Xudatyan bildirib.
"Planlı-profilaktik təmir işlərinin uğurla başa çatmasından sonra 2026-cı il sentyabrın 1-də Ermənistan AES-in 2 №-li enerji bloku yenidən işə salınıb və ölkənin vahid enerjisisteminə qoşulub", - deyə nazir sosial şəbəkələrdə yazıb.
AES-in planlı təmiri aprelin 1-də başlayıb və müəyyən edilmiş qrafikə uyğun olaraq 153 gün davam edib.
Qeyd edək ki, Metsamor AES Ermənistanda elektrik enerjisi istehsalının təxminən üçdəbirini təmin edir.