Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ermənistanın KTMT-dən çıxması təşkilata necə təsir edəcək?
"Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı mümkün qərar təşkilatın müdafiə qabiliyyətinə təsir etməyəcək, lakin bu, İrəvanın özünün müdafiə qabiliyyətinə zərbə vuracaq".
Bu açıqlama ilə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov çıxış edib.
O sözünün davamında bildirib ki, KTMT-dən çıxmaq qərarını erməni xalqının maraqlarını rəhbər tutmayan Ermənistanın indiki rəhbərliyi verəcək.
"Rusiya isə öz növbəsində erməni xalqı arasında sağlam düşüncənin qalib gələcəyinə ümid edir", - deyə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri vurğulayıb.
Mənbə: Kommersant.ru