Estoniya Hərbi Dəniz Qüvvələri ölkənin ərazi sularında, Nayssaar adası yaxınlığında "Baltic Spirit" konteyner gəmisini saxlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ERR telekanalı polisə istinadən məlumat verib.
Qeyd olunub ki, Baham adaları bayrağı altında üzən gəmi Ekvadordan Rusiyanın Sankt-Peterburq şəhərinə gedirmiş. Estoniya hökuməti konteyner gəmisinin qaçaqmalçılıq üçün istifadə edildiyindən şübhələnir.
Gəmi heyəti 23 nəfərdən ibarətdir, onların hamısı Rusiya vətəndaşıdır.
Konteyner gəmisi bunker üçün Estoniyaya gətirilib. Estoniya Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, gəmi Rusiyanın "kölgə donanması"nın bir hissəsi deyil və Aİ sanksiyalarına məruz qalmayıb. Xüsusi polis və sərhəd mühafizəsi bölməsinin rəisi Marek Aas qeyd edib ki, əməliyyatın mahiyyəti məhz qaçaqmalçılıq ehtimalı olub.