Estoniyanın yeni prezidenti ölkənin Avropa Hesablama Palatasındakı nümayəndəsi Kersti Kalyulayd oldu.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, seçkilərdə qələbə qazanmaq üçün 68 səs lazım olduğu halda, Kalyulayda 81 deputat səs verib.
O, dövlət başçısı postuna yeganə namizid idi.
Sentyabrın 29-da Estoniyada ölkə prezidenti posuna ay ərzində namizədlərin üçüncü qeydiyyatı start götürüb.
N.O.