Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

“Formula-1”in ən yaxşı bolidinin yaradıcısı “Red Bull”u tərk etdi
Hazırkı Konstruktorlar Çempionatının qalibi “Red Bull” ən uğurlu “Formula-1” bolidini yaradan texniki direktor Edrian Nyuinin vaxtından əvvəl getdiyini rəsmən təsdiqləyib.
Komandanın saytında verilən məlumata görə, Nyui 2025-ci ilin birinci rübündə postunu tərk edəcək.
Texniki direktor işindən ayrılana qədər “Red Bull”un ilk hiperkarı “RB17”nin son hazırlanmasına diqqət yetirəcək.
Xatırladaq ki, Nyui 2006-cı ildən “Red Bull”dadır və “Formula-1”in ən yaxşı bolidi sayılan, 2023-cü ildə 22 yarışdan 21-də qalib gələn “RB19” da daxil olmaqla komandanın bütün yeddi çempion avtomobilinin konsepsiyalarının müəllifi olub.
Mənbə: championat.com