Fransa polisi İtaliyadan gələn və içərisində 1,9 ton çətənə gizlədilən yük avtomobilini saxlayıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Figaro qəzeti məlumat yayıb.
Nəşrin xəbərinə görə, yük avtomobili cümə günü saxlanılsa da, KİV-ə bu barədə bir qədər sonra məlum olub.
“Sürücü milliyyətcə rumındır, saxlanılıb və hazırda Lill şəhərindədir”, - qəzetin anonim mənbədən aldığı məlumatda deyilir.
Fransız hüquq mühafizəçiləri yük avtomobilini Böyük Britaniyadan olan həmkarlarının yardımı ilə saxlayıblar.
N.O.
www.oxu.az