Paris yaxınlığında elektrik qatarında naməlum kişi sərnişinlərə balta ilə hücum edib. Hadisə nəticəsində dörd nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə BFM telekanalı məlumat yayıb.
Hadisə Sena və Marna departamentinin Ozuar-la-Feryer stansiyasında qatarda baş verib.
Polis bildirib ki, zərərçəkənlərdən birinin əli baltalanıb, digəri isə başından yaralanıb. Daha iki nəfər yüngül xəsarətlər alıb.
Hadisə yerinə polis və xilasetmə qüvvələri cəlb olunub.