Avropada quraqlıq səbəbindən Reyn çayında suyun səviyyəsinin aşağı düşməsi Fransanın şərqindəki yanacaqdoldurma məntəqələrinə çay yolu ilə yanacaq tədarükündə problemlərə səbəb olub.
Oxu.Az "Figaro" qəzetinə istinadən xəbər verir ki, quraqlıq Reyn çayında suyun səviyyəsinin aşağı düşməsinə səbəb olub. Nəticədə gəmilərin Strasburq limanına çatması çətinləşib.
Bu vəziyyət Fransanın şərqində bir sıra yanacaqdoldurma məntəqələrində yanacaq çatışmazlığına səbəb olub.
Qeyd olunur ki, avqustun 14-nə olan məlumata görə, regiondakı yanacaqdoldurma məntəqələrinin 14 faizində ən azı bir növ yanacağın tədarükü ilə bağlı çətinlik yaranıb.
Bəzi ərazilərdə bu göstərici 50 faizə çatır. Belə vəziyyət, xüsusilə, Yuxarı Reyn və Belfor ərazilərində müşahidə olunur.