İsveçrəli tennisçi Rocer Federer GQ jurnalının oxucularının versiyasına görə, 21-ci əsrin ikinci onilliyinin ən dəbli kişisi seçilib.
İdmançı final səsverməsində aktyor Timoti Şalemi ötə bilib. Belə ki, 38 yaşlı isveçrəli 59 % səs toplayıb.
Bu ada, həmçinin futbolçu Devid Bekhem, basketbolçular Lebron Ceyms və Rassel Vestbruk, repçilər “A$AP Rocky” və Kanye Vest, aktyor Con Hill və müğənni Harri Staylz namizəd idilər.
Xatırladaq ki, Federer artıq 2016-cı ildə GQ tərəfindən ilin ən dəbli kişisi adına layiq görülmüşdü.