Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçı ilə telefonla danışıb.
Oxu.Az "Anadolu"ya istinadən xəbər verir ki, H.Fidan qarşı tərəfə İran ərazisindən atılan və Türkiyə hava məkanında zərərsizləşdirilən ballistik sursatla bağlı etirazını çatdırıb.
Bölgədə yaşanan gərginliyə diqqət çəkən Fidan münaqişələrin daha geniş əraziyə yayılmasına yol aça biləcək hər cür addımdan çəkinməyin lazım olduğunu vurğulayıb.