Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Haniyənin ölümü: Şahid hadisənin təfərrüatını danışdı
"HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə gecə yuxuda ölüb və raket zərbəsi nəticəsində uçmuş divarların qalıqları altında qalıb".
Oxu.Az xəbər verir ki, bu barədə "RIA Novosti"yə müsahibəsində Fələstinin HƏMAS hərəkatının İrandakı nümayəndəsi və baş verənlərin şahidi Xalid əl-Qəddumi danışıb.
O, Haniyə ilə eyni evdə, lakin iki mərtəbə aşağıda gecələyib.
"Təxminən saat 1:37-də sanki binaya nəsə dəydi. Mən düşündüm ki, bəlkə zəlzələ olub və ya şimşək çaxıb. Amma ağlıma gəlmədi ki, bu, qətl ola bilər", - deyə əl-Qəddumi xatirəsini bölüşüb.
Onun sözlərinə görə, otaqdakı hamam dağılıb, tüstü görünüb. Əl-Qəddumi nə baş verdiyini soruşmaq üçün küçəyə çıxanda ona Haniyənin öldüyünü bildiriblər. 25 dəqiqədən sonra ona HƏMAS liderinin otağına getməyə icazə verilib. Otaq dördüncü mərtəbədə yerləşib, iki xarici divar dağılıb və içəri çöküb. Bütün otaq dağıntılarla dolu olub, Haniyənin cəsədinin bir hissəsi dağıntıların altında olub. Qonşu otaqda Haniyənin mühafizəçisinin cəsədi olub.
Əl-Qəddumi qeyd edib ki, İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimindən sonra, qətlin baş verdiyi gün axşam Haniyə siyasətçi ilə birlikdə şam yeməyi yeyib. Ölümündən əvvəlki son saatlarda o, HƏMAS nümayəndə heyətinin digər üzvləri ilə Livanın "Hizbullah" hərəkatının komandiri Fuad Şükürün ölümünü müzakirə edib. Binaya raket düşəndə isə Haniyə yuxulu olub.
Xatırladaq ki, iyulun 31-də İsmayıl Haniyə Tehranda gecələdiyi evə raketin birbaşa düşməsi nəticəsində öldürülüb. O, ölkənin yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana gedib.
"İsmayıl Haniyəyə qarşı sui-qəsd" teqi üzrə xəbərlər
- İsrail ilk dəfə Haniyənin Tehranda öldürülməsini etiraf etdi
- Kazem Cəlali: "Əgər İsrail Müdafiə Ordusu yenə nəsə etsə, İranın cavabı daha sərt olacaq"
- İran İsraili hədələdi: "Yaxın zamanda Haniyənin qisası alınacaq"
- ABŞ HƏMAS-ın altı liderinə cinayət ittihamları irəli sürüb
- İran İsrailə niyə hücum etmədi?
Rəylər