Fələstinin radikal HƏMAS hərəkatı İsrail ordusunun Qəzza zolağında ən böyük xəstəxana olan “Əş-Şifa”ya qarşı əməliyyatına görə ABŞ Prezidenti Co Baydeni günahlandırıb.
Bu barədə qruplaşma öz “Telegram” kanalında məlumat yayıb.
“Biz hesab edirik ki, işğalçılar (İsraili), Prezident Bayden və onun administrasiyası “Əş-Şifa” tibb kompleksinə hücuma görə tam məsuliyyət daşıyır”, - deyə radikalların bəyanatında bildirilib.
HƏMAS İsrailin hərbi əməliyyatını Cenevrə Konvensiyası ilə qorunan tibb müəssisəsinə qarşı amansız cinayət adlandıraraq, işğalçı liderlərin və onlarla sövdələşmədə olan hər kəsin uşaqların, xəstə və müdafiəsiz mülki şəxslərin qətlinə görə məsuliyyətə cəlb olunacaqlarını vəd ediblər.
Mənbə: TASS