Xəlil əl-Hayyan HƏMAS hərəkatının siyasi bürosunun yeni rəhbəri seçilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Milliyet" məlumat yayıb. Bildirilib ki, təşkilatın 2026-cı ilin may ayında yaydığı məlumatda 2024-cü ilin oktyabrında həlak olan Yəhya Sinvarı əvəz edəcək yeni liderin müəyyənləşdirilməsi məqsədilə seçki prosesinə başlanıldığını bildirmişdi.
Qeyd edək ki, siyasi büronun əvvəlki sədri İsmayıl Haniyə 2024-cü ilin iyulunda təşkil edilən sui-qəsd nəticəsində qətlə yetirilib, ardınca bu vəzifəni Yəhya Sinvar təhvil alıb. Sinvar isə 2024-cü ilin oktyabr ayında Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində İsrail ilə baş verən toqquşmada həyatını itirib.