Fələstinin HƏMAS təşkilatı vasitəçilərə Qəzza zolağında atəşkəslə bağlı son təklifə cavab verib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"HƏMAS müzakirə olunan təklifin həyata keçirilməsi ilə bağlı dərhal danışıqlara başlamağa hazırdır", - təşkilatın "Telegram" kanalında paylaşdığı bəyanatda bildirilib.
Hələlik təklifin təfərrüatı açıqlamayıb.