Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
HƏMAS Qəzza və İordan çayının qərb sahilində gərginliyin başlamasından bəri ölənlərin sayını açıqlayıb
Qəzza zolağı və İordan çayının qərb sahilində İsraillə Fələstinin HƏMAS hərəkatı arasında silahlı qarşıdurma başlayandan bəri 30 mindən çox fələstinli hərbi əməliyyatlarının qurbanı olub.
Bu açıqlama ilə hərəkatın rəhbərliyinin üzvü Usamə Həmdan çıxış edib.
“Qəzza zolağında ölənlərin sayı 29 722 nəfərə çatıb ki, onlardan ən azı 10 mini uşaq və 7 mini qadındır, daha 58 166 nəfər isə yaralanıb”, - deyə o, mətbuat konfransında bildirib.
Həmdan əlavə edib ki, ən azı 7 min qəzzalı itkin düşüb.
HƏMAS nümayəndəsinin sözlərinə görə, İordan çayının qərb sahilindəki Fələstin ərazilərində İsrail hərbçiləri ilə toqquşmaların qurbanlarının sayı 321-ə çatıb, ölənlərdən 111-i uşaqdır.
Mənbə: TASS
"Fələstin" teqi üzrə xəbərlər
- Ərdoğan: "Suriya bölünməyəcək, Fələstin dövləti mütləq qurulacaq"
- Antoni Blinken: "ABŞ İsrail və HƏMAS arasında danışıqları iki həftəyə başa çatdırmaq istəyir"
- Bəzi regionlardan ət məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyuldu
- "İraq İslam Müqaviməti" hərəkatı üç dəfə İsrail hədəflərinə hücum edib
- İsrail müharibənin mərkəzini Qəzzadan Livana dəyişir: "Qarşıdurma qaçılmaz olacaq"
Rəylər