Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

HƏMAS Qəzzada atəşkəsi uzatmaqdan imtina edir
Fələstinin HƏMAS hərəkatı İsrail tərəfinin Qəzza sektorunda atəşkəsin birinci mərhələsini uzatmaq təklifini qəbul etmir. Bu mərhələ martın 1-də başa çatır.
Oxu.Az xəbər verir ki, bu barədə Misirin "Al-Ghad" telekanalı məlumat yayıb.
Məlumata görə, HƏMAS sazişin ikinci mərhələsi ilə bağlı danışıqların dərhal başlanması tələbini irəli sürür.
Qeyd edək ki, daha əvvəl hərəkat rəsmi şəkildə Qəzza sektorunda atəşkəs razılaşmalarının davam etdirilməsinə hazır olduğunu elan edib və beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərərək dərhal sazişin ikinci mərhələsinə keçməyə çağırıb.
"İsrail-Fələstin münaqişəsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar